Statistika Komitəsi ilk dəfə bu məlumatı açıqlamadı

Bu ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,4% artıb.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin əvvəlki aylarda açıqladığı analoji məlumatlardan fərqli olaraq, son açıqlamada əhalinin hər nəfərinə düşən ÜDM-in məbləği göstərilməyib.
Qeyd edək ki, bu ilin yanvar ayında əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manat, ötən ilin yanvar-fevral aylarında isə 1864,7 manat olub.
Onu da bildirək ki, bu ilin fevral ayının 10-da Dövlət Statistika Komitəsinə yeni sədr təyin olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top