“Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq” – Paşinyan


Ermənistanın yeni konstitusiyasında münaqişə məntiqinə görə Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
“Bəli, yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir. Sizə səbəbini deyəcəyəm: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə əməl edib müstəqil dövlət qura bilmərik”, - deyə Ermənistanın baş naziri bildirib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır.

DİGƏR XƏBƏRLƏR

Top