Müctəba Xamenei hücumlarda yaralanıb – İran XİN təsdiqlədi


İranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmail Bəqayi İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.
“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali lider vəzifəsi uğrunda mübarizə aparırdı, ancaq Ekspertlər Şurasının əksəriyyəti onu seçdi”, - deyə o, qeyd edib.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı mənbəyə istinadla İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ və İsrailin bombardmanlarının ilk günündə ayağını sındırdığını və ayaq zədəsindən əlavə, sol gözünün altında göyərmələr və üzündə kiçik cızılmalar olduğunu bildirmişdi.
Digər tərəfdən, İranın  Kiprdəki səfiri Əlirza Salarian “The Guardian” qəzetinə verdiyi müsahibədə 56 yaşlı Müctəba Xameneinin atası, Ali Lider Ayətullah Əli Xameneinin və ailəsinin beş üzvünün ölümü ilə nəticələnən eyni hava hücumunda yaralandığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top