
“ABŞ İranla müharibədə qalib gəldi, lakin tapşırıq tam yerinə yetirilənə qədər münaqişədə qalacaq”.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kentukki ştatının Hebron şəhərində keçirilən mitinqdə bildirib.
“Bəlkə də, bu qədər tez qalib gəldiyinizi demək doğru deyil, ancaq biz qalib gəldik. İlk saatda hər şey bitdi”, - Tramp qeyd edib.
O, ABŞ-nin 58 İran hərbi gəmisini sıradan çıxardığını bildirib.
“Çox tez getmək istəmirik, elə deyilmi? Biz bu işi bitirməliyik”, - Tramp qeyd edib.
O, həmçinin, ABŞ-nin İranı faktiki olaraq məhv etdiyini, ancaq ölkənin hərbi əməliyyatlarda iştirakının hələlik davam edəcəyini bildirib.
“Biz hər iki ildən bir geri qayıtmaq istəmirik”, - ABŞ Prezidenti əlavə edib.
“Independent” qəzetinin məlumatına görə, Tramp çıxışı zamanı auditoriyaya “Epik Qəzəb Əməliyyatı” (“Operation Epic Fury”) adını necə “kəşf etməsindən” danışıb. “Mənə təxminən 20 ad təklif edildi. Onlardan heç birini bəyənmədim. Sonra “Epik Qəzəb”i gördüm və “Bu adı bəyənirəm” dedim", - deyə prezident bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz