
Bu gecə İran Fars körfəzinin şimalında İraq nefti ilə yüklənmiş iki tankeri vurub.
Yeniavaz.com xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda sözügedən tankerlərin tamamilə alov aldığı müşahidə olunur. Tonlarla yanacağın dənizə axdığı bildirilir.
“İran, Yaxın Şərqdəki neft və nəqliyyat obyektlərinə hücumları artıraraq İraq sularında iki tankerini vurub və Prezident Donald Trampın ABŞ-nin müharibəni artıq qazandığı iddiasına qarşı çıxaraq, dünyaya bareli 200 dollara satılan neftə hazır olmaları barədə xəbərdarlıq edib”, - “Reuters” yazır.
Tətbiqimizi yükləyə bilərsiniz