
Yaxın Şərqdəki hərbi münaqişə ilk 10 gündə 43 mindən çox reysin ləğvinə səbəb olub və ən azı 7,5 milyon sərnişinə təsir edib.
Yeniavaz.com xəbər verir ki, bu rəqəmlər “Corriere della Sera” qəzetində yer alıb.
Bildirilib ki, rəqəmlər həmçinin regionun ən böyük aviaşirkətlərinin artıq satılan biletlərdən əldə edilən gəlir itkisi səbəbindən ən azı 1,6 milyard dollar zərər çəkdiyini göstərir. Qəzet qeyd edir ki, bu rəqəmlər yekun deyil. Qəzetin məlumatına görə, regionda gərginliyin başlanğıcından bəri həm daxili, həm də beynəlxalq bütün daşıyıcıların planlaşdırılan uçuşlarının 55%-i ləğv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz