“Hizbullah” İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirdi


“Hizbullah” qruplaşması Livandan İsrailin şimalına təxminən 100 raket atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Müdafiə Qüvvələrinə (İMQ) istinadən məlumat yayıb.
Raket zərbəsi səbəbindən Hayfa, Qalileya və Qolan Təpələrində siren səsləri eşidilir.
İMQ Beyrut və Dahiyadakı “Hizbullah” infrastrukturunu hədəf aldığını və Livandan atılan raketləri ələ keçirdiyini bildirib.
İsrail tibb işçilərinin ilkin məlumatlarına görə, bir nəfər yaralanıb. Tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top