“Türk Hava Yolları” İstanbul və İrəvan arasında uçuşlara başladı


“Türk Hava Yolları” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, marşrut üzrə ilk uçuş İrəvanın “Zvartnots” hava limanına çatıb.
Uçuşun qarşılanma mərasimində Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Mihran Xaçatryan, “Zvartnots” hava limanını idarə edən Ermənistan Beynəlxalq Hava Limanlarının rəhbərliyi, Türk Hava Yollarının rəhbərliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək və 14 maydan etibarən tezlik həftədə 10 reysə, 15 iyundan isə həftədə 14 reysə qədər artırılacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu uçuşların başladığını elan edərək onları Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində daha bir addım adlandırıb.
Ermənistanla Türkiyə arasındakı quru sərhədinin 1993-cü ildən bağlı olmasına baxmayaraq, iki ölkə arasında hava nəqliyyatı heç vaxt tamamilə dayandırılmayıb. Müxtəlif aviaşirkətlər İrəvan və İstanbul arasında gündəlik olmasa da, müxtəlif vaxtlarda müntəzəm uçuşlar həyata keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top