“Napoli” Maktomineyə yeni müqavilə təklif etmək istəyir


“Napoli” Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey ilə müqaviləni uzatmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sports” “Il Mattino”ya istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, “Napoli” klubu şotlandlıya 2030-cu ilin yayına qədər müqavilə təklif etmək istəyir. Maktominey komandanın əsas oyunçularından biridir, lakin o, komandanın ən çox qazanan beş oyunçusu arasında deyil. Bu vəziyyət yeni müqavilə ilə dəyişəcək.
Oyunçu “Napoli”yə 2024-cü ilin yayında “Mançester Yunayted”dən keçib. Bu mövsüm Maktominey klubun heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 10 qol vurub və dörd məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 45 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top