
ABŞ administrasiyası İsraildən İranın enerji infrastrukturuna, xüsusilə də neft infrastrukturuna hücumlara qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Donald Tramp administrasiyası bu mesajı bazar ertəsi günü İsrail tərəfinə çatdırıb.
Portal qeyd edir ki, bu, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İsrail tərəfinin hücumlarına məhdudiyyət qoyduğu ilk haldır.
“Axios”un mənbələri belə bir qadağanın səbəbləri arasında ABŞ Prezidenti Donald Trampın Venesuela variantında olduğu kimi, münaqişədən sonra İranın neft infrastrukturundan istifadə etmək istəyini göstəriblər.
Digər tərəfdən, martın 9-da Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrehem də İsraili İranda hədəf seçərkən ölkənin neft sənayesinə zərər verməmək üçün diqqətli olmağa çağırıb.
Bir İsrail rəsmisi isə bildirib ki, Vaşinqton Təl-Əvivdən İrandakı neft obyektlərinə mümkün zərbələr barədə əvvəlcədən məlumat verməsini tələb edib.
Tətbiqimizi yükləyə bilərsiniz