Paşinyan İlham Əliyevə təşəkkür etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə minnətdarlığını bildirib.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, o, bu barədə Strasburqda Avropa Parlamentində (AP) çıxışı zamanı bildirib.
“Müstəqillikdən bəri ilk dəfə olaraq, 2025-ci ilin noyabr ayında qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistan Respublikasına çatıb. Bu, Azərbaycan Prezidentinin 2025-ci ilin oktyabr ayında Azərbaycandan Ermənistana dəmir yolu yükdaşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etməsindən sonra baş verib. Mən bu qərara görə Azərbaycan Prezidentinə minnətdaram”, - Paşinyan qeyd edib.
Ermənistan Baş naziri həmçinin Ermənistanın da öz növbəsində mövcud yollardan istifadə edərək Azərbaycandan Türkiyəyə və geriyə tranziti dərhal təmin etməyə hazır olduğunu bildirib.
“Biz də öz növbəmizdə bildirdik ki, mövcud yollardan istifadə edərək Azərbaycandan Türkiyəyə və geriyə tranziti dərhal təmin etməyə hazırıq”, - Paşinyan yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top