
Bu ilin fevral ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Expressbank” ASC ikinci, “AFB Bank” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 5 bank haqqında isə heç bir şikayət daxil olmayıb.

Qeyd edək ki, Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə barəsində ən çox şikayət edilən “Bank BTB”nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə razılıq verilib.
Məlumat üçün qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir.
Enur Əli
Tətbiqimizi yükləyə bilərsiniz