
"Artıq təkcə müharibədə birbaşa iştirak edən ölkələr deyil, bütün dünya ABŞ, İsrail və İran arasında müharibənin bədəlini ödəməyə hazırlaşır".
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrup iclasındakı çıxışında bildirib.
“Hamımız görürük ki, bu mənasız, qaydasız, qanunsuz müharibə davam edərsə, daha çox itkisi olacaq və qlobal iqtisadiyyata dəyən ziyan daha da artacaq”, - Ərdoğan qeyd edib.
“Bu müharibə böyümədən və regionu alova bürümədən dayandırılmalıdır”, - Türkiyə Prezidenti əlavə edib.
Onun sözlərinə görə, Türkiyə danışıqlar masası arxasına qayıtmaq, diplomatiyanı yenidən işə salmaq üçün səylərini səbirlə davam etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz