“Zeytun” aptek dərmanı baha satdığı üçün cərimələnib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əczaçılıq sektorunda fəaliyyət göstərən ölkənin aparıcı şirkətlərindən birinin – “Zeytun Pharmaceuticals” MMC-nin (VÖEN - 1701688171) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com
Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC “Dərman vasitələri haqqında” Qanunun 4-cü maddəsinin 7-ci bəndinin tələblərini pozub.
Belə ki, “Zeytun Pharmaceuticals” MMC dərman vasitəsini Tarif Şurası tərəfindən təsdiq edilən pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 4 000 manat olan “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğlu olan MMC “Zeytun” apteklər şəbəkəsinin sahibidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top