
Hərbi qulluqçuların maaşı yeni redaksiyada təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 425, № 11, maddə 1085) aşağıdakı dəyişikliklər edilib:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur).
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur).
Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Tətbiqimizi yükləyə bilərsiniz