Azərbaycan Gürcüstana ən çox investisiya yatıran 5-ci ölkə olub – Siyahı


Ötən il Gürcüstana daxil olan xarici investisiyalar əvvəlki illə müqayisədə 7,6% artaraq 1,68 milyard dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.
Qeyd olunur ki, artıma baxmayaraq, xarici investisiyalar əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədə qalıb. Belə ki, 2022-ci ildə ölkəyə 2,22 milyard dollar, 2023-cü ildə isə 1,93 milyard dollar həcmində xarici investisiya daxil olub.
İnvestisiyaların əsas hissəsini mövcud şirkətlərin təkrar investisiyaları təşkil edib. 2025-ci ildə bu göstərici 1,4 milyard dollar olub.
Ölkələr üzrə investisiyaların strukturunda lider mövqeyi yenə də Birləşmiş Krallıq qoruyub saxlayır.
Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin sıralamasında 5-ci yerdə olub.
2025-ci ildə Gürcüstana ən çox investisiya yatıran ölkələr aşağıdakılar olub:
Birləşmiş Krallıq – 334,2 milyon dollar (22% azalma);
Türkiyə – 180,8 milyon dollar (64% artım);
Malta – 173,7 milyon dollar (9% azalma);
ABŞ – 158,1 milyon dollar (122% artım);
Azərbaycan – 143,9 milyon dollar (72% artım);
Rusiya – 69,6 milyon dollar (3% azalma);
İsrail – 65 milyon dollar (24% artım);
Almaniya – 62,8 milyon dollar (12% artım);
Çin – 32,7 milyon dollar (427% artım);
Ukrayna – 31,6 milyon dollar (195% artım);
Digər ölkələr – 436,2 milyon dollar (10% azalma).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top