İsrail müdafiə büdcəsini artırır – 10 milyard dollardan çox…


İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyatı maliyyələşdirmək üçün müdafiə büdcəsini təxminən 40 milyard şekel (13 milyard dollar) artırmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail hökumətinin bu məsələ ilə bağlı səsverməsi çərşənbə günü baş tuta və Knesset bunu ayın sonuna qədər nəzərdən keçirə bilər.
Agentliyin məlumatına görə, bu məbləğ İsrailin ÜDM-nin təxminən 2%-ni təşkil edir. Vəsaitin arsenalların bərpa olunmasına və ehtiyatda olanlarla bağlı xərclərin ödənilməsinə xərclənməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top