Rusiyalı milyarderlərin sayı və onların sərvəti rekord həddə çatıb – Siyahı


“Forbes” jurnalı dünyanın ən varlı insanlarının 40-cı illik qlobal reytinqini açıqlayıb və 2026-cı ildə siyahıya daxil olan rusiyalı milyarderlərin sayı rekord həddə – 155 nəfərə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu il reytinqə Rusiyadan 14 yeni iş adamı daxil olub, daha üç milyarder isə siyahıya geri qayıdıb.
Nəticədə rusiyalı milyarderlərin ümumi sərvəti 696,5 milyard dollara çataraq yeni rekord müəyyən edib.
2026-cı ildə rusiyalı milyarderlər arasında lider Aleksey Mordaşov olub. “Severstal” şirkətinin həmtəsisçisinin sərvəti bir il ərzində 28,6 milyard dollardan 37 milyard dollara yüksəlib. Bu göstərici qlobal reytinq tarixində rusiyalı biznesmenlər üçün rekord hesab olunur.
Mordaşovun sərvətinin artımı əsasən onun qızıl mədən aktivlərinin dəyərinin yüksəlməsi ilə əlaqələndirilir. O, Rusiyanın iri qızıl mədən şirkətlərindən biri olan “Nordgold”a sahibdir. Son bir ildə qızılın qiymətinin təxminən 80% artması bu aktivlərin dəyərinə ciddi təsir edib. Bundan əlavə, milyarderin digər şirkəti – “Lent”a pərakəndə satış şəbəkəsinin səhmləri də “Moscow Exchange”də dollarla hesablandıqda təxminən iki dəfə bahalaşıb.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması fonunda Moskva birjasında səhmlərin qiymətləri kəskin ucuzlaşmış və nəticədə rusiyalı milyarderlərin sayı 88 nəfərə düşmüşdü. Lakin sonrakı illərdə bu göstərici yenidən artmağa başlayıb və artıq dördüncü ildir ardıcıl yüksəlir.
2024-cü ildə qlobal reytinqə 125 rusiyalı iş adamı daxil edilib. Sonrakı illərdə isə bu rekord ardıcıl şəkildə yenilənərək 2026-cı ildə 155 nəfərə çatıb.
Artımın əsas səbəblərindən biri rublun möhkəmlənməsi hesab olunur. Son bir ildə rubl təxminən 16% dəyər qazanıb və bu da milyarderlərin sərvətinin dollar ifadəsində artmasına təsir edib.
2026-cı ildə reytinqə Rusiyadan daxil olan 14 yeni milyarderin yarısı kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərir. Analitiklər bu sahələri hazırda qlobal iqtisadiyyatda ən sabit istiqamətlərdən biri hesab edirlər.
Yeni milyarderlər arasında ən varlısı Macarıstan investisiya holdinqi “Kafijat”ın sahibi Ruslan Rəhimqulovdur. Onun sərvəti 1,9 milyard dollar qiymətləndirilir. O, həmçinin Macarıstanın iri şirkətlərindən olan “OTP Ban”k və “MOL Group”da pay sahibidir.
Eyni zamanda, Arkadi Voloj Rusiya vətəndaşlığından imtina etdikdən sonra reytinqin Rusiya hissəsindən çıxarılıb. Onun yerini isə “Yandex” layihəsinin ilk proqramçılarından biri olan Vladimir İvanov tutub.
Rusiyanın ən zəngin 20 şəxsi isə bunlar olub:
Aleksey Mordaşov — 37 milyard dollar
Vladimir Potanin — 29,7 milyard dollar
Vahid Ələkbərov — 29,5 milyard dollar
Leonid Mixelson — 28,3 milyard dollar
Süleyman Kərimov — 25,7 milyard dollar
Vladimir Lisin — 25,5 milyard dollar
Gennadi Timşenko — 24,2 milyard dollar
Andrey Melniçenko — 20,4 milyard dollar
Mixail Fridman — 16,5 milyard dollar
Əlişir Usmanov — 14,5 milyard dollar
Dmitri Buxman — 13,6 milyard dollar
İqor Buxman — 13,6 milyard dollar
Vyaçeslav Kantor — 12 milyard dollar
Mixail Proxorov — 11 milyard dollar
Andrey Quryev — 10,8 milyard dollar
German Xan — 10,6 milyard dollar
Leonid Fedun — 10,3 milyard dollar
Viktor Vekselberq — 10,2 milyard dollar
İsgəndər Mahmudov — 9,7 milyard dollar
Roman Abramoviç — 9,3 milyard dollar


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top