Quterreş Əraqçi ilə danışdı


BMT-nin Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT rəhbərinin ofisinin yaydığı açıqlamada bildirilib.
Onlar regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər. Baş katib əvvəlki açıqlamalarında qeyd olunan mövqeyini təkrarlayıb. O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastrukturlara hücum etməkdən çəkinməsinin vacibliyini bir daha vurğulayıb. O, həmçinin mövcud münaqişənin regiona yayılmasından və qlobal iqtisadiyyata təsirindən narahatlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top