
İsraildə 28 fevraldan bəri raket hücumları nəticəsində on iki nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail hərbi mənbəsi TASS-a danışıb.
Bildirilib ki, raket hücumları nəticəsində on iki nəfər ölüb, təxminən 200 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır:
“İranın İsrailə atdığı raketlərin təxminən 50%-i kaset başlıqları daşıyıb. Onlar havada daha kiçik bombalara parçalanır. Standart raketdən daha az partlayıcı olsalar da, zərbə yenə də ölümcül ola bilər, buna görə də müdafiə və qaydalara riayət etmək çox vacibdir”.
O qeyd edib ki, İranın İsrail ərazisinə raket hücumları gün ərzində vaxtaşırı baş verir:
“Raketlər əsasən sıx məskunlaşmış ərazilərə və hərbi hədəflərə yönəlib”.
Tətbiqimizi yükləyə bilərsiniz