Tankerlər Hörmüz boğazını keçməyə başladı


Fars körfəzində qalmış yük gəmiləri Hörmüz boğazından keçməyə və Oman körfəzində lövbər salmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu TASS müxbiri tərəfindən təhlil edilən onlayn gəmi izləmə xidmətlərinin məlumatlarından irəli gəlir.
Məlumata görə, Moskva vaxtı ilə saat 12:00 ilə 20:00 (Bakı vaxtı ilə 13:00-21:00 - red.) arasında Marşal adaları, Çin və Madaqaskar bayraqları altında üzən ən azı üç tanker və toplu yük daşıyıcısı Hörmüz boğazından Oman körfəzinə doğru keçib. Lakin əks istiqamətdə heç bir gəmi hərəkəti müşahidə edilməyib.
Bu vaxt, təxminən 100 yük gəmisi Omanın Suhar sahillərində lövbər salıb.

DİGƏR XƏBƏRLƏR

Top