Ukrayna Bryanskı vurdu − Ölən var


Ukrayna qüvvələri Rusiyanın Bryansk şəhərinə raket zərbəsi endirib.
Yeniavaz.com
xəbər verir ki, ilkin məlumatlara görə, zərbə şəhərin Sovetski rayonundakı böyük bir müəssisəyə dəyib.
Təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan “Mash” kanalı iddia edir ki, Ukrayna Silahlı Qüvvələri mobil cihazlar üçün mikroçip istehsalında ixtisaslaşmış fabrikə “Storm Shadow” raketi ilə zərbə endirib. On iki nəfər yaralanıb.
KİV-in məlumatına görə, hücumun hədəfi “Kremniy El” zavodu olub.
Partlayışdan əvvəl Bryansk bölgəsində raket xəbərdarlığı edilib.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın məlumatına görə, ölən və yaralananlar var.

DİGƏR XƏBƏRLƏR

Top