
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Fransanın PSJ klubunun maraq dairəsinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçinin Mançester klubundakı son mövsümünü keçirməsi ehtimalı var.
Məlumata görə, “Siti” kapitanının müqaviləsi yayda bitir və hazırda heç bir uzatma danışıqları aparılmır.
Mənbənin məlumatına görə, PSJ 31 yaşlı portuqaliyalı ilə maraqlanır və mövsümdən sonra onu pulsuz transfer etməyi düşünür. Türkiyənin “Qalatasaray” və Kataloniya təmsilçisi “Barselona” da Silvanı izləyir.
Tətbiqimizi yükləyə bilərsiniz