Niderland İrandakı səfirliyini Azərbaycana köçürdü


Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen sosial şəbəkə hesabında paylaşım edib.
“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb. İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, Niderland səfirliyinin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, - nazir yazıb. 
Xatırladaq ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top