
İranın bazar ertəsi İsrailin mərkəzinə hücumu nəticəsində 2 nəfər vəfat edib.
Yeniavaz.com “The times of İsrael”ə istinadən xəbər verir ki, kaset bombasından düşən sursatlar ölkənin mərkəzində Yehud, Or Yehuda, Holon və Bat Yam şəhərləri də daxil olmaqla ən azı altı yerə düşüb.
Dünaysını dəyişənlərin 40 yaşlarında Petah Tikva sakinləri olan Rüstəm Qulamov və Amid Murtuzov olduğu müəyyən edilib.
Hər iki kişi Yehudda tikinti sahəsində işləyirdi.
Xilasedicilərin sözlərinə görə, onlar bomba sığınacağında və ya digər qorunan ərazidə olmayıblar.
Tibb işçiləri kişilərdən birinin hadisə yerində, digərinin isə xəstəxanayada öldüyünü bildirib.
Sosial şəbəkə və yerli mətbuatın məlumatına görə, vəfat edən şəxslər azərbaycanlı olub.
Amid Murtuzovun fotosunu təqdim edirik:

Tətbiqimizi yükləyə bilərsiniz