FİFA Dünya Çempionatı büdcəsini 100 milyon dollardan çox azaltdı – “The Athletic”


FİFA bu yay keçiriləcək Dünya Çempionatı üçün əməliyyat büdcəsini 100 milyon dollardan çox azaltmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzeti mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, təşkilatın prioriteti gəlirlərin 90%-ni qlobal futbol daxilində yenidən bölüşdürməkdir.
Mənbənin bildirdiyinə görə, büdcə kəsirləri Amerika vergi ödəyicilərinin üzərinə düşən əhəmiyyətli yük və azarkeşlər üçün rekord qiymətlər nəzərə alınmaqla, qeyri-müəyyənlik yaradır.
“FIFA xərcləri nəzarətdə saxlamaq və dünya miqyasında futbolun inkişafına qoyulan investisiyaları maksimum dərəcədə artırmaq üçün büdcənin effektivliyini müntəzəm olaraq təhlil edir. Bu, təəccüblü olmamalıdır, çünki biz adətən hər turnir və tədbirdən əvvəl büdcələrimizi nəzərdən keçiririk. Büdcə səmərəliliyinin artırılması səylərinin qarşıdan gələn FIFA prezident seçkiləri ilə əlaqəli olduğu iddiaları tamamilə əsassızdır”, - deyə “The Athletic” təşkilatın nümayəndəsindən sitat gətirir.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnur 11 iyun - 19 iyul tarixlərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top