“Volkswagen” 2030-cu ilə qədər 50 min iş yerini ixtisar edəcək


Almaniyanın “Volkswagen Group” avtomobil şirkəti xərcləri azaltmaq üçün 2030-cu ilə qədər Almaniyada 50 000 iş yerini ixtisar edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat şirkətin illik hesabatında öz əksini tapıb.
Şirkətin 2025-ci maliyyə ili məlumatlarına görə, “Volkswagen Group” Almaniyadakı zavodlarında işçi heyətini və istehsal gücünü azaltmaqla xərcləri 1 milyard avro azaltmağa nail olub.
2030-cu ilə qədər isə şirkət rəhbərliyi xərcləri ildə 6 milyard avro azaltmağı nəzərdə tutur.
2024-cü illə müqayisədə şirkətin 2025-ci ildə mənfəəti 53,5% azalaraq, 19 milyard avrodan 9 milyard avroya düşüb. Ümumi satışlar isə 0,2% azalıb.
Hesabatda qeyd olunur ki, şirkətin 2025-ci ildə iqtisadi nəticələrinin pisləşməsi Şimali Amerika və Çində satışların müvafiq olaraq 10% və 8% azalması, eləcə də, ABŞ tərəfindən idxal tariflərinin tətbiqi və qeyri-istehsal xərclərinin artması ilə əlaqədardır.
2024-cü ilin sonunda, uzun danışıqlardan sonra şirkət və həmkarlar ittifaqı, 2030-cu ilə qədər Almaniyada 35 000 iş yerinin ixtisar edilməsini nəzərdə tutan yenidənqurma proqramı barədə razılığa gəliblər. Buna baxmayaraq şirkət rəhbərliyi əlavə işçiləri ixtisar etmək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top