Türkiyə Malatyada “Patriot” yerləşdirib – İrandan atılan raketlərə görə


Türkiyə hava məkanını qorumaq üçün əlavə tədbirlər görüb və ölkənin şərqindəki Malatyada “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin bu gün, 10 martda yaydığı açıqlamaya görə, bölgədəki hadisələrlə əlaqədar olaraq, Türkiyə sərhədlərinin və hava məkanının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb.
Bildirilib ki, milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO da hava və raketdən müdafiəni gücləndirib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində Türkiyə Malatyada “Patriot” sistemini yerləşdirərək döyüş hazırlığı vəziyyətinə gətirib.
Xatırladaq ki, ötən gün – martın 9-da Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılan ballistik raketin ölkənin hava məkanına daxil olduğunu və NATO-nun Aralıq dənizinin şərqindəki hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb. Oxşar hadisə martın 6-da da baş verib.

DİGƏR XƏBƏRLƏR

Top