“Claude”un yaradıcısı Pentaqonu məhkəməyə verdi


“Claude” neyron şəbəkəsinin yaradıcısı “Anthropic” Pentaqona qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Anthropic” ABŞ ordusunun milli təhlükəsizlik səbəbləri ilə onu qara siyahıya salmaq səylərinə görə, məhkəməyə müraciət edib.
“Konstitusiya hökumətə qanuni olaraq qorunan söz azadlığına görə şirkəti cəzalandırmaq üçün səlahiyyət vermir”, - “Anthropic” bildirib.
İddiada həmçinin ABŞ hökumətinin qərarının şirkətə qarşı qanunsuz “qisas kampaniyası” təşkil etdiyi bildirilir.
Bundan əlavə, “Anthropic” bildirib ki, Ağ Ev bu hərəkəti ilə belə bir qərar qəbul etmək üçün zəruri prosedurları görməməzlikdən gələrək səlahiyyətlərini aşıb.
Qeyd edək ki, fevralın sonlarında Vaşinqton administrasiyası “Claude” süni intellekt modelini hazırlayan “Anthropic” şirkətini milli təhlükəsizliyə təhdid hesab edib və Pentaqon da daxil olmaqla bütün ABŞ federal agentliklərinə onun texnologiyasından istifadə etməyi qadağan edib.
Buna səbəb “Anthropic” hərbi əməliyyatlarda süni intellektdən istifadəyə qarşı çıxdığı halda, ABŞ Hərbi Nazirliyinin şirkətə texnologiyalarının döyüşdə istifadə olunacağı barədə məlumat verməməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top