
Bu ilin yanvar ayında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 1 milyard 781,8 milyon manat, qeyri-ərzaq mallarının dəyəri isə 1 milyard 439,6 milyon manat olub.
Müqayisə üçün bildirək ki, yanvar ayında Bakı şəhərində qeydə alınan pərakəndə ticarət dövriyyəsi ölkə üzrə qeydə alınan ümumi pərakəndə ticarət dövriyyəsinin 61%-ni təşkil edib. Belə ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmi 5 milyard 292,5 milyon manat olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz