Sosial müavinət düzəltmək adı ilə dələduzluq edən qadın tutuldu


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
Yeniavaz.com
DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib.
“Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top