
Dünyada neft qiymətlərinin artması fonunda Gürcüstanda yanacaq qiymətləri bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində qiymət artımları martın 7-dən başlayıb və bu gün bir sıra şəbəkələr yeni qiymətlər tətbiq edib.
Son dəyişikliklərə əsasən, bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər 2-12 tetri artıb. Bəzi şəbəkələrdə isə dizel yanacağının qiymətində artım 18 tetri təşkil edib. Ümumilikdə ölkədə dizel yanacağının qiymətinin daha çox bahalaşdığı qeyd olunur.
Qeyd edək ki, Gürcüstanın aparıcı yanacaqdoldurma məntəqələri şəbəkəsindən biri olan SOCAR-da hazırda yanacaq aşağıdakı qiymətlərlə satılır:
Nano Super – 3.55 lari (2.22 manat);
Nano Premium – 3.15 lari (1.97 manat);
Nano Avro Adi – 2.95 lari (1.84 manat);
Avro 5 dizel – 3.08 lari (1.93 manat);
Nano Euro 5 dizel – 3.08 lari (1.93 manat).
Onu da bildirək ki, daha əvvəl qonşu Türkiyədə də benzin və dizelin qiyməti artırıldığı barədə məlumat verilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz