Hörmüzdən keçmək istəyənlər ABŞ və İsrail səfirlərini ölkəsindən çıxarsınlar – SEPAH


ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran istənilən ölkə Hörmüz boğazından keçə biləcək.
Yeniavaz.com
ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
“ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran istənilən ərəb və ya Avropa ölkəsi ertəsi gün Hörmüz boğazından sərbəst keçid hüququ əldə edəcək”, - SEPAH qeyd edib.
Digər tərəfdən, SEPAH davam edən münaqişə zamanı regiondan ABŞ-yə, həmçinin ABŞ ilə əməkdaşlıq edən ölkələrə neft ixracına icazə verməyəcəyini bəyan edib. Bu barədə SEPAH-ın xüsusi nümayəndəsi general Əli Məhəmməd Naini bildirib. O həmçinin, İranın neft ehtiyatlarını və regionun təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib.
Qeyd edək ki, fevralın 28-də İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top