
Fransanın keçmiş prezidenti Nikola Sarkozi yenidən həbsxanaya göndərilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, məhkəmə onun vəkillərinin ayrı-ayrı cinayət işlərində iki cəzanın birləşdirilməsi üçün vəsatət qaldırıb. Bununla Sarkozinin müdafiə komandası əlavə həbs cəzasının qarşısını almağı nəzərdə tutub.
Telekanalın qeyd etdiyinə görə, lakin məhkəmə bu vəsatəti rədd edib.
BFMTV-nin məlumatına görə, məhkəmənin vəsatəti rədd etməsindən sonra Sarkozi 2012-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı “Biqmalion işi” adlanan iş üzrə cəzasını ayrıca çəkməli olacaq.
Belə ki, o, bu işdə bir il həbs cəzasına məhkum edilib ki, bunun da altı ayı faktiki cəzadır.
“Journal de Québec” qəzetinin məlumatına görə, cəza, çox güman ki, adi həbsxanada deyil, elektron qolbaqla ev dustaqlığında çəkiləcək. Lakin hüquqi baxımdan bu tədbir həbs cəzasının icrası hesab olunur.
Qeyd edək ki, keçən ilin noyabr ayında Sarkozi məhkəmə nəzarəti altında həbsdən azad edilib. Bu qərar Paris Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib və bununla da keçmiş dövlət başçısının vəkillərinin ərizəsi təmin edilib. Keçmiş prezident Liviya lideri Müəmmər Qəddafidən pul aldığına görə beş illik həbs cəzasının təxminən üç həftəsini dəmir barmaqlıqlar arxasında keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz