Əraqçi ABŞ Mərkəzi Komandanlığına “təşəkkür etdi”


İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) “təşəkkür edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.
“Qonşularımızın ərazisindən xalqımıza qarşı, o cümlədən, duzsuzlaşdırma qurğusunu məhv etmək üçün HIMARS sistemlərini istifadə etdiyinizi etiraf etdiyiniz üçün CENTCOM-a təşəkkür edirəm.
Qüdrətli raketlərimiz intiqam alan zaman bu sistemləri məhv edərsə, heç kim şikayət etməməlidir”, - deyə Əraqçi bildirib.
Qeyd edək ki, daha əvvəl CENTCOM məlumat yayaraq, “ABŞ Ordusunun Yüksək Hərəkətli Artilleriya Raket Sistemlərinin (HIMARS) İran rejiminə qarşı döyüşdə misilsiz dərin zərbə qabiliyyətini təmin etdiyini” bildirib.

DİGƏR XƏBƏRLƏR

Top