
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən ay İrana qarşı başlayan hərbi əməliyyat “çox tezliklə” başa çatacaq və əlavə edib ki, Tehran Yaxın Şərqə neft tədarükünü dayandırarsa, İrana “daha güclü” hücumlar həyata keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Tramp, həmçinin müharibənin İran “tamamilə və qəti şəkildə” məğlub olana qədər davam edəcəyini söyləyib.
O, bu müharibədə nəyin qələbə hesab ediləcəyini qeyd etməyib.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi Tehran məlumat yayaraq İranın cavab zərbələrinin genişlənəcəyini və artacağını bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz