
“Xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin dostluğuna xələl gətirəcək yanlış və təxribatçı addımlar atılmağa davam edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan Türkiyəyə ballistik raketin atılmasına münasibət bildirərkən deyib.
“Millətimizin qəlbinə, beyninə dərin yaralar vuracaq, min illik qonşuluq, qardaşlıq münasibətlərimizə kölgə salacaq plana əl atmamalıyıq”, - Ərdoğan bildirib.
Xatırladaq ki, bu gün İrandan atılan ballistik raket Türkiyə səmasında vurulub. Raketin qalıqları Qazinantepdəki boş əraziyə düşüb. Hər hansı itki yoxdur.
Qeyd edək ki, Türkiyəyə qarşı İrandan oxşar təxribat daha əvvəl də baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz