
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İsfahandakı nüvə obyektlərini qorumaq üçün İrana Amerika qoşunları göndərməyi düşünmədiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “New York Post” qəzetinə müsahibəsi zamanı danışıb.
Tramp İranın yeraltı uran zənginləşdirmə qurğusunu qorumaq üçün ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı mümkün planlar barədə suala cavab olaraq bildirib:
“Biz bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın da deyilik”.
Nəşr yazır ki, Amerika lideri həmçinin İranın yeni Ali Lideri Müctəba Xamenei ilə münasibətləri necə qurmağı planlaşdırdığının təfərrüatlarını açıqlamamağı seçib.
Tətbiqimizi yükləyə bilərsiniz