Pezeşkian İranın yeni lideri ilə bağlı paylaşım etdi


“Ayətullah Seyid Müctəba Hüseyni Xameneyinin Ali rəhbər seçilməsi xalqın idarəçilik iradəsinin təzahürüdür”.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.
“Onun müdrik rəhbərliyi ilə, xalqın inam və iştirakına əsaslanan mühit yaratmaqla ölkənin problemləri həll oluna bilər. Ona müqəddəs birliyi qoruyub saxlamaq, mütərəqqi və müstəqil İran qurmaq yolunda Allahdan uğurlar diləyirəm”, - Pezeşkian bildirib.
Xatırladaq ki, ötən gün Ekspertlər Şurasında baş tutan səsvermə nəticəsində mərhum dini lider Ayətullah Əli Xameneinin oğlu Ayətullah Seyid Müctəba Hüseyni Xameneyi İranın yeni Ali lideri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top