
“Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:
“Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”.
Tətbiqimizi yükləyə bilərsiniz