
Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
“İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.
Raketin bəzi hissələri Qaziantepdəki boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ərazimizə və hava məkanımıza yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir”, - Nazirliyin məlumatında deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz