Braziliyadakı matçda dava düşdü, hakim 23 qırmızı vərəqə göstərdi – Video


Braziliyada keçirilən “Campeonato Mineiro” finalında baş verən kütləvi dava nəticəsində “Kruzeyro” və onların yerli rəqibi “Atletiko Mineyro”nun 23 oyunçusu qırmızı vərəqə alıb.
Yeniavaz.com
xəbər verir ki, ötən gecə baş tutan matçda dava “Kruzeyro” komandasının 1-0 hesablı qələbəsi davam edərkən, əlavə vaxtının sonunda “Atletiko”nun qapıçısı Eversonun rəqib yarımmüdafiəçi Kristianla toqquşması ilə başlayıb.
Belə ki, Everson dizi ilə Kristiana qarşı kobudluq edib və rəqib futbolçular buna qəzəblənib. Onlar Everson mübahisəyə başlayıblar və qısa müddət ərzində miqyas böyüyərək iki klub arasında kütləvi davaya çevrilib.
Ehtiyat oyunçuların və məşqçilər heyətinin üzvlərinin də iştirak etdiyi dava bir neçə dəqiqə davam edib.
“O Globo” qəzeti yazır ki, hakim 12-si “Kruzeyro”, 11-i isə “Atletiko” oyunçularına olmaqla, ümumilikdə, 23 qırmızı vərəqə göstərib.

DİGƏR XƏBƏRLƏR

Top