Türkiyə Şimali Kiprə altı F-16 yerləşdirdi


Türkiyə Şimali Kiprdə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Bölgəmizdəki son hadisələri nəzərə alaraq və Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək üçün tədricən görülən tədbirlərin bir hissəsi olaraq, bu gündən etibarən Şimali Kipr Türk Respublikasında altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib. Lazım gələrsə əlavə tədbirlər görüləcək”, - nazirlik bildirib.

DİGƏR XƏBƏRLƏR

Top