
Rusiya Prezidenti Vladimir Putin İranın yeni Ali Lideri Müctəba Xameneiyə seçilməsi münasibətilə təbrik mesajı göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda, bu yüksək vəzifədəki işiniz, şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək. Əminəm ki, atanızın işini şərəflə davam etdirəcək və İran xalqını ağır sınaqlar qarşısında birləşdirəcəksiniz”, - məlumatda deyilir.
Putin həmçinin Tehrana sarsılmaz dəstəyi və iranlı dostları ilə həmrəyliyini ifadə edib. Mesajda “Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq” - deyilir.
Qeyd edək ki, 56 yaşlı Seyid Müctəba Xamenei, fevralın 28-i İsrail-ABŞ birgə İsrail əməliyyatı zamanı İsrailin hava hücumu nəticəsində öldürülən İranın Ali Lideri Əli Xameneinin ikinci oğludur. Martın 9-u İran xəbər agentlikləri Müctəba Xameneinin yeni Ali Lider olduğunu elan etdilər.
Tətbiqimizi yükləyə bilərsiniz