
Türk pop musiqisinə əhəmiyyətli əsərlər yazan bəstəkar Ülkü Aker 80 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, xüsusilə 1970-ci və 1980-ci illərdə xarici mahnılara yazdığı türk sözləri ilə tanınan Akerin vəfatı barədə Ajda Pekkan məlumat yayıb.
“Türk pop musiqisinin dəyərli söz yazarlarından biri olan Ülkü Akerin vəfatını böyük kədərlə öyrəndim. Musiqi bizi bir çox mahnıda bir araya gətirdi, amma Ülkü Akerlə vidalaşmaq indi mənim üçün daha çətindir, çünki 8 Mart üçün demək olar ki, himnə çevrilmiş və qadınların azadlığını, öz yollarını seçmək cəsarətini və həyatdakı sarsılmazlığını təsvir edən sözləri yazdığı gündən bəri hər yerdə oxunan “Sana Ne Kime Ne” mahnımız bu gün hər yerdə oxunur...”, - Pekkan yazıb.
Akerin əsərlərini Ferdi Özbeğen, Ayten Alpman, Ajda Pekkan, Seyyal Taner, Nilüfer, Nil Burak, Selda Bağcan, Gülden Karaböcek, Sezen Aksu kimi sənətçilər səsləndirib. 2011-ci ildə Aker məşhur müğənnilər tərəfindən ifa olunan mahnılarından ibarət “35 ilin mahnıları” adlı xatirə albomunu buraxıb.
Ülkü Akerin söz və bəstələdiyi mahnılardan bəzilərini təqdim edirik:
“Sana ne kime ne” (Ajda Pekkan), “Yok yok yalan deme” (Ferdi Özbeğen), “Tek başına” (Ayten Alpman), “Boşvere boşvere” (Ajda Pekkan), “O günler” (Selda Bağcan), “Gönlüm seninle” (Yeliz), “Hey gidi günler” (Ferdi Özbeğen), “Bazen” (Sezen Aksu), “Sarıl bana” (Ajda Pekkan), “Halikarnas” (Akrep Nalan), “Yanımda olsa” (Ayten Alpman), “Son verdim kalbimin işine” (Seyyal Taner), “Kim arar seni” (Nilüfer), “Mavi boncuk” (Emel Sayın).
Tətbiqimizi yükləyə bilərsiniz