
Bəhreynin dövlətə məxsus “Bahrain Petroleum Company” (“Bapco”) şirkətinə məxsus Əl-Maamir şəhərindəki ən böyük neft emalı zavodunda böyük yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, neft emalı zavodundakı böyük yanğının görüntüləri sosial mediada paylaşılır.
“The Times of Israel” qəzetinin məlumatına görə, “Bapco” fors-major vəziyyət elan edərək tədarükü dayandırıb. “Bapco” verdiyi açıqlamada əməliyyatlarının Yaxın Şərqdə davam edən regional münaqişə və neft emalı kompleksinə edilən son hücumdan təsirləndiyini bildirib.
Bəhreyn xəbər agentlikləri yanğında itki olmadığını və zərərin miqyasının müəyyən edildiyini bildirirlər. Onlar yanğını İranın hücumu ilə əlaqələndirirlər.
ABŞ və İsrail fevralın 28-i İrana qarşı müharibəyə başlayıblar və İran Yaxın Şərqdəki ölkələrə raket və pilotsuz təyyarələrlə hücumlar etməyə başlayıb. İranın zərbələri həm Amerika hərbi bazalarını, həm də yanacaq-enerji sektorundakı bazaları hədəf alıb. Zərbələr, İranın əsas neft daşıma marşrutu olan Hörmüz boğazının bağlanmasını elan etməsi ilə birlikdə enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Martın 9-da Asiya bazarlarında neftin bir barelinin qiyməti 2022-ci ildən bəri ilk dəfə 120 dollara yaxınlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz