
Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz