Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edildi


Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK məlumat yayıb. 
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli icki aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top