
Müğənni Rihannanın Los-Ancelesdəki evinə yarımavtomat tüfənglə atəş açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Polisin məlumatına görə, qadın Rihannanın malikanəsinə maşınla gələrək atəş açıb. Dörd güllə və ya güllə qəlpəsi evə və əraziyə dəyib. Müğənni həmin vaxt evdə olub, lakin xəsarət almayıb.
Atəş açan şübhəli saxlanılıb. O, 30 yaşlarında bir qadındır. Adı açıqlanmayıb və motivi məlum deyil. İstifadə etdiyi silah polis tərəfindən müsadirə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz