
“İranın yeni Ali Lideri Müctəba Xameneinin andiçmə mərasimi martın 9-da Tehranda keçiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mərasimlər yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 15:30) İran paytaxtının mərkəzindəki Ənqelab meydanında başlayacaq.
Həmçinin, “Tasnim”in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın yeni Ali Liderinə sədaqət andı içib. Korpusun bəyanatında bildirilir ki, hərəkat Ekspertlər Şurasının seçimini dəstəkləyir və yeni Ali Liderin göstərişlərini yerinə yetirmək üçün tam itaət etməyə və özünü qurban verməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz